İlham Əliyev Qazaxıstan Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev Qazaxıstan Prezidentini təbrik etdi

Sosial

15 Dekabr 2021 16:03 479


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Yenisabah.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç, Marqarita pizza

Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan Respublikası qardaş ölkənizin bu uğurlarına səmimi-qəlbdən sevinir.

Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir.

İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!