“Ərdoğan Azərbaycanda hər ailədə 5 uşaq olmasını tövsiyə etdi. Onun səsləndirdiyi fikirlər təkcə dövlət üçün deyil, bütün xalqımız üçün mesajdır”.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputatın sözlərinə görə, demoqrafiya dövlət və xalqların milli təhlükəsizlik doktrinasının tərkibidir: Təəssüf ki, ölkəmizdə dövlətin çox mükəmməl demoqrafiya siyasəti formalaşsa da, ailə planlaması ilə bağlı təbliğatımız yetərli deyil. Bu, bir gerçəklikdir ki, bu gün ölkənin imkanlı ailələrində uşaqların sayı azdır, imkansız ailələrində isə tərsinədir. Mənsub olduğumuz İslam dinində belə ailədə uşaqların sayı ailənin maddi vəziyyətinə uyğun müəyyən edilir”. Marqarita pizza
M.İbrahimqızı Ərdoğanın çağırışı fonunda gündəmə gələn “uşaqpulu” məsələsinə də toxunub:
“Bu gün cəmiyyətdə bir qrup var ki, “uşaqpulu”ndan özlərinin çirkin maraqları üçün istifadə edir. Damoqrafik siyasət təkcə uşaqpulu ilə formalaşdırılmır. Hesab edirəm ki, bu məsələdə dövlətlə bərabər hər bir ailə də məsuliyyət daşıyır, xüsusilə iqtisadi vəziyyəti orta və yüksək imkanlı ailələr. Ümidvaram ki, yaxın gələcəkdə “uşaq pulu” problemi də öz həllini tapar”.
Telegram kanalımız