İnsanlar koronavirus qorxusunu dəf edib? 

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar koronavirus qorxusunu dəf edib? 

Sosial

17 Noyabr 2021 16:45 631


Əvvəllər deyirdilər ki, insanları koronavirus yox, qorxu öldürür. İndi isə bir qədər fərqli vəziyyət yaranıb. Koronaviorusla bağlı çağırışlar, xəbərdarlıqlar cəmiyyəti bir o qədər də narahat etmir. Bu çağırışlara laqeyd qalan, onu qulaq ardına vuranların sayı getdikcə artır. Sanki cəmiyyət konoravirus xofuna qalib gəlib. Bunun səbəbi nə ilə bağlıdır? 

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında psixoloq Vasif Bəşirov bildirib ki, COVId-19 artıq insanlar üçün adiləşmiş xəstəlikdir.

“İnsanlar bilmədikləri şeydən qorxurlar. Bildikcə artıq ondan qorxmamağa başlayırlar. İkinci Dünya müharibəsində də eyni situasiyanı görə bilərdik. Müəyyən müddətdən sonra artıq hamı üçün hətta müharibə də adiləşir. Buna psixologiyada “normallaşmış anormallıq” deyilir.  Dördpendirli pizza

Cəmiyyət artıq 2 ildir koronavirusa alışıb. Baxmayaraq ki, bu xəstəlikdən ölənlər var, düşünürlər ki, onların immuniteti bu xəstəliyə hər halda qalib gələcək.  Hətta ölüm sayı onlar üçün çox aşağı görünə bilər. Amma gündəlik ölüm sayı 30 nəfərdən çoxdursa, deməli, risk var. 

Mən özüm də şahid oluram, koranavirus xəstəsidir və ya daşıyıcısıdır, ancaq avtobusa minir, insanlar arasında sərbəst dolaşır. İnsanlar elə hesab edirlər ki, sadəcə özlərini düşünməklə doğru edirlər. Halbuki cəmiyyətin hər bir fərdi başqalarının da sağlamlığını düşünməlidir”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ayşən
    Mənim fikrimcə insanlar öz dərtlərinə başi qarişib virus.müharibə.şəhid.ən əsasda aclıq və qiymətlərin qalxması. VİRUS DÜZ OLSA BELƏ ARTİQ ƏHƏMİYYƏT VERƏN YOXDU .İlk növbədə özüm beləə artiq bezdim virus adi eşitməkdən.Ölmək varsa ölək .Hər bir qismət Allahin əlində .Ya virus ya aclıq onsuzda millət ölür ...
    5 years ago