İntihara cəhd edən məktəbli danışdı - Video

İntihara cəhd edən  məktəbli danışdı -
May 15, 2019
Oxunma sayı: 589

Xəbər verdiyimiz kimi 109 nömrəli məktəbin V sinif şagirdi Fatimə Əliyeva intihara cəhd edib. Velideynlərinin dekilərinə görə, qızlarının bu addımına səbəb məktəbdə Fatiməyə göstərilən təzyiqlərdir.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Fatimənin hər şeyi danışdığı video götüntülər yayılıb.  Məktəbli bildirir ki, onu kasıb olduğuna görə məktəbdə sevmirdilər.

"Başqa uşaqlarla yaxşı rəftar edirdilər, onlara canım, ürəyim deyirdilər. Ancaq mənim geyimlərimi ələ salırdılar. Bahar (Azərbaycan dili) və Nigar (İnformatika) müəllimə digər uşaqların mənimlə dostluq etməsini istəmirdi. Bu mənə çox pis təsir edirdi. Başqa uşaqlar gəlib məni sakitləşdirmək istətəndə müəllimlər onları yaxınıma qoymurdu".

Fatimənin atasının dediyinə görə, onun qızı başqa müəllimin yanına hazırlığa getdiyindən dəfələrlə lövhə qabağında təhqir olunub, ona əxlaqsız damğası vurulub: 

“Bir uşağın taleyi ilə belə oynamaq olmaz. Qızım komadan 18 saat sonra ayılıb. Mən ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə, Baş prokurora və daxili işlər nazirinə müraciət edərək bu hadisənin doğru araşdırılmasını xahiş edirəm”.

Əcəmi Əsədulla