2021-ci ildə Rusiya 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə İrana kredit ayırıb.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə məlumat Dünya Bankının hesabatında yer alıb.
Ötən ilin sonundan İranın 6 milyon dollar borcu var. Sonuncu dəfə bu ölkənin Rusiyaya borcu təxminən 30 il əvvəl (1992-ci ildə) qeydə alınıb və 251,3 min dollar təşkil edib. Toyuqlu pizza
2021-ci ilin sonuna Belarus, Banqladeş və Hindistan Rusiyanın ən böyük borclu ölkələri olub. Məsələn, Belarus 8,5 milyard dollar kredit alıb ki, bu da son bir ildə 1,9 faiz artım deməkdir.
Özbəkistanın Rusiyaya olan borcu ən çox artıb - onun öhdəlikləri 77 faiz artaraq 254,7 milyon dollar olub. Ümumilikdə, ötən ilin yekunlarına görə, 38 ölkənin Rusiyaya ümumən 26,54 milyard dollar borcu olub.
Telegram kanalımız