İran ABŞ-ın 10 ən yüksək vəzifəli şəxsinə qarşı sanksiya tətbiq etdi
19 Yan 2021 21:45
231

İran ABŞ-ın 10 ən yüksək vəzifəli şəxsinə qarşı sanksiya tətbiq etdi

İran hakimiyyəti ABŞ administrasiyasının bir neçə yüksək vəzifəli nümayəndəsinin adını sanksiyalar siyahısına salıb.

Yenisabah.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar siyahısına daxil edilən şəxlər arasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın, dövlət katibi Mayk Pompeonun, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin, prezidentin Təhlükəsizlik Məsələləri üzrə sabiq müşaviri Con Boltonun və Birləşmiş Ştatların daha altı yüksək çinli məmurunun adı var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər