İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Ali-Səudun Ər-Riyada səfər etmək dəvətini qəbul edib.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bunu birinci vitse-prezident Məhəmməd Moxber bildirib.
O, dəvət xəbərini təsdiqləyib: “Kral Salman İran prezidentini Ər-Riyada səfərə dəvət etdi və bu dəvətə müsbət cavab verildi”. Marqarita pizza
Birinci vitse-prezident təklif olunan səfərin tarixi barədə məlumat verməyib.
Moxber vurğulayıb ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq İranın hazırkı hökumətinin əsas strategiyalarından biridir.
Telegram kanalımız