İran səfiri İtaliya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri İtaliya XİN-ə çağırıldı

Dünya

28 Dekabr 2022 16:01 669


İranın İtaliyadakı səfiri Məhəmmədrza Saburi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Report” “Al-Arabiyya”yə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani diplomatı qəbul edib.

O, İran hakimiyyətinin qadınların keçirdiyi aksiyalara sərt müdaxiləsinin qəbuledilməz olduğunu M.Saburinin diqqətinə çatdırıb. Marqarita pizza

Məlumata görə, bir müddət əvvəl A.Tayani rəsmi Romanın İranda qadınların keçirdiyi aksiyaları qəti şəkildə dəstəklədiyini bildirmişdi. XİN başçısı Tehran rejiminin davranışını “qəbuledilməz biabırçılıq” adlandırmışdı.

Bununla belə nazir Corci Meloni hökumətinin Tehranla diplomatik qapını açıq saxladığını da söyləmişdi.

Qeyd edək ki, M.Saburi bir müddət əvvəl İranın İtaliyadakı səfəri təyin olunub. O, bundan əvvəl Tehranın Belarusdakı səfiri işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!