İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürdü

saytların hazırlanması

Evə çatdırılma

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürdü

Dünya

23 Fevral 2023 12:56 692


İranın Təhsil Nazirliyi "Əmin" layihəsi çərçivəsində 26 min dini təhsil alan tələbəni işə götürüb. 

“Yeni Sabah” Azad İran teleqram kanalına istinadən xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Həmid Nikzad deyib.

İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında, əsasən ideoloji təbliğatla məşğul olacaqlar. Sezar pizza

Qeyd edək ki, bundan öncə İranı  təhsil naziri Yusif Nuri ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.

Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülməsi təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!