İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik

Dünya

23 May 2026 20:17 108


Bu mərhələdə diqqətimiz müharibənin başa çatdırılmasına yönəlib.

"Yeni Sabah" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran dövlət televiziyasına müsahibəsində “Razılaşma yaxındırmı?” sualına cavab olaraq bildirib ki, “nə çox uzaqdır, nə də çox yaxındır".

Bəqai vurğulayıb ki, hazırda bu memorandumun yekunlaşdırılması mərhələsindədirlər. Marqarita pizza

"Bu mərhələdə müzakirə olunan məsələlər ümumi olaraq müharibənin başa çatmasına yönəlib. ABŞ-ın dənizdəki hücumlarının dayandırılması, onların özlərinin ‘dəniz mühasirəsi’ adlandırdığı məsələnin sona çatması, eləcə də İranın bloklanmış vəsaitlərinin azad edilməsi bu memorandumda əks olunan əsas mövzulardandır”, - Bəqai qeyd edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!