Nihad Kahveci: “Bizim klubların gücü yetim-yesirə çatır”

saytların hazırlanması

Evə çatdırılma

Nihad Kahveci: “Bizim klubların gücü yetim-yesirə çatır”

İdman

15 Oktyabr 2026 12:44 54


Nihad Kahveci “Qalatasaray” və “Fənərbaxça”nın Çempionlar Liqasında böyük hesabla məğlubiyyətinə qəzəblənib.

“Yeni Sabah” xəbər verir ki, 46 yaşlı veteran hücumçu “Fənərbaxça”nın “Aston Villa”ya 6 cavabsız qolla darmadağın olmasını rüsvayçılıq adlandırıb:

“UEFA-nın yerində olsam, bizim klubları bir müddət Avropa turnirlərinə buraxmazdım. Bizimkilər özlərindən maliyyə və titul baxımından qat-qat zəif olan Anadolu klublarını məğlub etməyə öyrəşiblər. Onların yetim-yesirə gücləri çatır. Gör “Fənərbaxça”nın rəqibi “Mançester Siti”, “Arsenal” yaxud “Liverpul” olsaydı nə olardı? Sadəcə rüsvayçılıqdır!” Sezar pizza

N.Kahveci “Qalatasaray”ın “Barselona” qarşısında yetərincə müqavimət göstərmədiyini iddia edib:

“Barselona”dan 4 qol görmək fəxr olunası şey deyil. Görürəm ki, bəzi “Qalatasaray” azarkeşləri “yaxşı qurtardıq” deyir. Yaxşı bəs “Sportinq”lə oyunda necə qurtardınız? Klublarımızdan heç nə gözləmirəm”.

Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Qalatasaray” “Barselona”ya 1-4, “Fənərbaxça” isə “Aston Villa”ya 0-6 hesabı ilə məğlub olub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!