“PASHA Bank”da böyük artım

saytların hazırlanması

Evə çatdırılma

“PASHA Bank”da böyük artım

İqtisadiyyat

15 Oktyabr 2026 12:34 51


“PASHA Bank”ın depozit portfeli 7,5 milyard manatdan çox olub.

“Yeni Sabah” xəbər verir ki, “PASHA Bank” 2026-cı ilin 3-cü rübünə olan likvidlik riski hesabatını elan edib. Hesabata əsasən, bankın ümumi aktivləri və öhdəlikləri 9 milyard 987 milyon 63 min manat təşkil edib.

Bankda toplanan müştəri depozitlərinin həcmi 7 milyard 487 milyon 38 min manata çatıb ki, bunun da 4 milyard 690 milyon 366 min manatı tələbli depozitlərin (cari hesabların) payına düşür. Müddətli depozitlərin həcmi isə 2 milyard 796 milyon 673 min manat olaraq qeydə alınıb. Həmçinin bank tərəfindən müştərilərə verilmiş xalis kreditlərin məbləği 4 milyard 1 milyon 929 min manata yüksəlib. Pepperoni pizza

Bankın qiymətli kağızlar portfeli 2 milyard 893 milyon 726 min manat, nağd pul və ekvivalentləri isə 1 milyard 267 milyon 316 min manat təşkil edib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!