Bəzi vergi ödəyiciləri kameral vergi yoxlaması zamanı uyğunsuzluq məktubu aldıqda hansı addımları atmalı olduqlarını bilmirlər. Halbuki məktuba vaxtında və əsaslandırılmış cavab verilməməsi əlavə vergi hesablanması riski yaradır.
Bu barədə "Yeni Sabah"a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi yalnız bəyannamələrin vaxtında təqdim olunması ilə məhdudlaşmır. Təqdim edilən məlumatlar faktiki iqtisadi göstəricilərə uyğun olmalı, uçot düzgün aparılmalı və aşkar edilən fərqlərlə bağlı tələb olunan sənədlər vaxtında təqdim edilməlidir. Dördpendirli pizza
Uyğunsuzluq məktubunun cavablandırılması üçün müddət 5 iş günüdür. Vergi ödəyiciləri bu müddətdə onlayn kargüzarlıq sistemini mütəmadi yoxlamalı və məktuba vaxtında cavab verməlidirlər. Əks halda, əlavə vergi hesablanması ehtimalı yarana bilər.
Uyğunsuzluqları aradan qaldırmaq üçün vergi ödəyiciləri fərqləri təsdiqləyən sənədləri elektron qaydada təqdim edə bilərlər. 2026-cı ilin martından etibarən internet vergi idarəsindəki “Cavabla” funksiyası vasitəsilə göndərilən izahat və sənədlər müvafiq kameral yoxlama materiallarına avtomatik əlavə olunur.
Təqdim edilən sənədlər əsaslı hesab edildikdə uyğunsuzluq aradan qaldırılır. Əks halda, kameral vergi yoxlaması ümumi qaydada davam etdirilir.
Sənədlərin vaxtında və əsaslandırılmış şəkildə təqdim edilməsi əlavə vergi hesablanması riskini azaltmağa və vergi mübahisələrinin qarşısını almağa kömək edir.
Aytac Əliyeva
Telegram kanalımız