İran XİN sözçüsü Laçın dəhlizindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

İran XİN sözçüsü Laçın dəhlizindən danışdı

Dünya

20 Dekabr 2022 16:37 1019


"İran Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə Laçın dəhlizi məsələsinin tezliklə həllinə ümid edir".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

O əlavə edib: “İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”. pizza

N. Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!