İran Xarici İşlər Nazirliyi İslam Respublikasının Azərbaycandakı səfiri ilə bağlı bəyanat yayıb.
Yenisabah.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsi "İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu” adı ilə yaradılmış "Twitter" hesabının saxta olduğunu açıqlayıb.
XİN "Twitter" izləyicilərindən saxta hərəkətlərə aldanmamalarını və yalnız Xarici İşlər Nazirliyinin təsdiq etdiyi rəsmi hesabları nəzərə almalarını xahiş edib. Sezar pizza
Xatırladaq ki, aprelin 2-də sosial şəbəkələrdə Müctəba Dəmirçilunun İranın Azərbaycandakı yeni səfiri təyin olunması barədə məlumat yayılıb. Hələlik xarici işlər naziri Hüseyn Əmir Abdullahianın onu səfir təyin etməsi barədə əmr rəsmən açıqlanmayıb.
M. Dəmirçilu əvvəllər İranın Qazaxıstan və Gürcüstandakı səfiri və Bakıdakı səfirlikdə ikinci katib vəzidələrini tutub.
Telegram kanalımız