İran yeni nəqliyyat dəhlizi yaradır

saytların hazırlanması

Evə çatdırılma

İran yeni nəqliyyat dəhlizi yaradır

Dünya

30 May 2023 16:41 15219


Gələcəkdə İran, Oman, Türkmənistan və Özbəkistan arasında dəhliz işə salınacaq.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Fars körfəzi ölkələri üzrə departamentinin baş direktoru Əlirza Enayəti bildirib. 

Onun sözlərinə görə, İran və Oman arasında ticarət dövriyyəsi keçən il 2 milyard dollar artıb. pizza mizza

Ə. Enayəti İran və Oman arasında nəqliyyat və gəmiçilik sahəsində də irəliləyiş əldə olunduğunu bildirib və əlavə edib ki, Oman Sultanı Heysəm bin Təriq Ali-Səidin Tehrana səfəri zamanı nəqliyyat və tranzit əməkdaşlığı müzakirə olunan məsələlərdəndir.

Enayəti vurğulayıb ki, İran, Oman, Türkmənistan və Özbəkistan arasında tranzit marşrutuna aid olan Aşqabad sazişinin aktivləşdirilməsi ilə bağlı Tehran və Məsqət arasında ciddi müzakirələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!