İranda fəlakət: Türkiyədən yardım istədi, təyyarə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

İranda fəlakət: Türkiyədən yardım istədi, təyyarə göndərildi

Dünya

22 Noyabr 2025 20:13 6955


İranın şimalındakı Hirkani meşələrində günlərdir davam edən genişmiqyaslı yanğın Mazandaran əyalətinin Elit dağ silsiləsində yenidən başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın kənd təsərrüfatı nazirinin müavini və Təbii Sərvətlər Təşkilatının rəhbəri Rza Eflatuni məlumat yayıb.

O bildirib ki, bölgənin çətin reylefli olması yanğının söndürülməsində çətinlik yaradır:

"Yanğının idarə olunması üçün beynəlxalq dəstək istəyirik. Türkiyə ilə danışıqlar aparıldı və iki yanğınsöndürmə təyyarəsinin İrana göndərilməsi ilə bağlı razılıq əldə olundu”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!