İranda koronavirusdan daha 65 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusdan daha 65 nəfər öldü

Dünya

17 Mart 2021 15:30 554


İranda ötən sutka ərzində 7 802 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenisabah.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 1 771 115 nəfərə çatıb. Virus daşıyıcılarından 3 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 65 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 492 nəfərə yüksəlib. Pepperoni pizza

İranda indiyədək 1 514 061 nəfər koronavirusdan sağalıb, indiyədək 11,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!