İran parlamentinin deputatı Mahmud Əhmədibiğəş ölkədə Nüfuzlu Qadınların I Beynəlxalq Konqresinin keçirilməsini tənqid edib.
Yenisabah.az "Shargh"a istinadla xəbər verir ki, o, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianı tənqidlərinin əsas hədəfi seçib.
“Diplomatik xidmətimizin (XİN - red.) rəhbəri öz ləyaqətini tabeliyində olan işçi səviyyəsinə endirib və İslam Respublikası tarixində ən narahatedici davranış olan şeylər deyib”, - deyə deputat qeyzlənib. pizza
M. Əhmədibiğəşş Nüfuzlu Qadınların I Beynəlxalq Konfransına toxunaraq XİN rəhbərinin İbrahim Rəisinin həyat yoldaşını “Birinci xanım” kimi təqdim etdiyinə görə danlayıb. Deputatın sözlərinə görə, İranda belə bir rəsmi təsisat yoxdur.
Telegram kanalımız