İranda virusdan ölənlərin sayı 19 minə çatır
10 Avq 2020 14:56
233

İranda virusdan ölənlərin sayı 19 minə çatır

İranda ötən sutka ərzində daha 2 132 nəfər koronavirusa (COVID-19) yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 328 844 nəfərə çatıb. Virus daşıyıcılarından 3 992 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 189 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 18 616 nəfərə yüksəlib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər