İranda xalq etirazı: İğtişaşlar davam edir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İranda xalq etirazı: İğtişaşlar davam edir - VİDEO

Dünya

25 Oktyabr 2022 08:05 775


İranda Məhsa Əmininin öldürülməsi ilə başlayan, sonradan sadə insan hüquqlarının pozulmasına qarşı xalq hərəkatına çevrilən aksiyalar davam edir. Sosial şəbəkələrdə İranın hökumət qüvvələrinin etirazçılara qarşı qəddar və anti-insani davranışlarını əks etdirən görüntülər yayılmağa davam edir. 40 ildən çoxdur davam edən teokratik idarəçilikdən bezən vətəndaşlar isə geri addım atmaq niyyətində deyil...

İranda xalq hərəkatı davam edir. İllərdir elementar hüquqların belə təmin olunmamasından təngə gələn etirazçıların qəzəbi soyumaq bilmir. 

Təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı qəddar və anti-insani davranışlar sərgiləyirlər. Sosial şəbəkələrdə yayılan görüntülər hökumət qüvvələrinin insan hüquqlarını heçə saydığının əsl sübutudur. Kadrlarda respressiv qüvvələrin qadınları oğurladığı əks olunub. Görüntülərdə bir neçə şəxs avtomobillə qadının yolunu kəsir və onu zorla maşına mindirirlər. Dördpendirli pizza

Vətəndaşlara qarşı sərt davranışı əks etdirən digər sübut isə Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan, bir həftə öncə etirazlarda saxlanan Rza Etibariradın təcridxanada vəhşicəsinə döyülməsidir. Sosial şəbəkələrdə verilən məlumata görə o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Gəncin qolu sındırılıb və 700 milyon tümənlik girov sənədi qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.

Bu arada İranda etiraz aksiyalarına dəstək üçün "Anonymous" haker qrupu Tehran şəhərində 400-dən çox müşahidə kamerasının məlumatını dərc edib və bu məlumatlardan istifadə etməklə kameraların söndürülə biləcəyini açıqlayıb. Eləcə də, qrup İrandakı etirazlar başlanandan bəri hökumət orqanlarının, o cümlədən, Neft, İqtisadiyyat, Maliyyə və Mədəniyyət Nazirliyinin də internet saytlarını dağıdıb. Habelə, "Black Revard" haker qrupu İranın Atom Enerjisi İstehsalı və İnkişafı Şirkətinin daxili elektron poçt sistemini sındırıb. Bu qrup bütün siyasi məhbusları, ideoloji məhbusları və etirazçıları azad etmək üçün hökumət orqanlarına 24 saat vaxt verib.

22 yaşlı Məhsa Əminin öldürülməsinə dair cinayət işi ilə bağlı xəbərlər isə dərc edilməkdə davam edir. Cinayət işinin vəkilləri "Rouydad 24"də dərc olunan, məhkəməyə göndərdikləri məktubda Məhkəmə Ekspertizası Komissiyasının rəyini qəbul etmədiklərini və əsas işlə tanış ola bilmədiklərini bildiriblər. Həmçinin onlar Əxlaq polis xidmətinin 4 əməkdaşının ifadələrinin cinayət işində olmadığını deyiblər və Məhsa həbs olunan zaman kameraların video görüntülərini tələb ediblər.

Yeri gəlmişkən, 20-dən çox ölkədən 680-dən çox hüquqşünas, hüquq universitetinin professoru və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə İranla bağlı çağırış edib. Məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların geniş şəkildə pozulmasının dayandırılması tələb edilir. Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub. Məktuba görə, insan haqlarının geniş şəkildə pozulması və Məhsa Əmininin öldürülməsindən sonra meydana gələn xalq etirazlarının zorakılılqla yatırıldığı qeyd olunub. Məktubda bir sıra əyalətlərdə uşaqlar da daxil olmaqla etirazçıların güllələnərək öldürüldüyü qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!