İrandan ABŞ-yə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

İrandan ABŞ-yə XƏBƏRDARLIQ

Dünya

06 Sentyabr 2026 00:15 82


"ABŞ-nin İran gəmilərini təqib etməsi və hücumları davam edəcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə yeni və daha güclü zərbələr endiriləcək".

"Yeni Sabah" xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib.

Daha əvvəl Pentaqonun Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin Xarq adası yaxınlığında, Cask bölgəsində və Oman körfəzində İranın üç neft tankerinə hücum etdiyini açıqlayıb. pizza

"ABŞ ordusuna xəbərdarlıq edirik ki, İran gəmilərini təqib edərək onları təhlükəyə atmaqla öz cinayətlərini davam etdirəcəyi, həmçinin İrana qarşı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, İran Silahlı Qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə zərbələri əvvəlkindən daha güclü olacaq", - deyə Zülfüqari bildirib.

O, həmçinin ABŞ hərbi gəmilərinə qarşı "zərbələrin miqyasının genişlənməsi" ehtimalını istisna etməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!