SON DƏQİQƏ! Putin əmr verdi   - HÜCUMLAR DAYANDIRILDI

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Putin əmr verdi - HÜCUMLAR DAYANDIRILDI

Siyasət

05 Sentyabr 2026 16:59 723


Rusiya Prezidenti Vladimir Putin bu gün gecəyarıdan başlayaraq növbəti üç gün müddətində Kiyev şəhərinə hücumların dayandırılması barədə əmr edib. Bu qərar paytaxtda ABŞ nümayəndələrinin iştirakı ilə planlaşdırılan görüşlərin təşkili və aparılması ilə əlaqədardır.

"Yeni Sabah" xəbər verir ki, sözügedən məlumatı Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov TASS agentliyinə açıqlamasında təsdiqləyib.

"Doğrudan da, Ukrayna tərəfindən bu cür məlumat verilmişdi. Rusiyanın dövlət rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı V.Putin bu gün gecəyarısından etibarən üç sutka ərzində Kiyevə zərbələrin endirilməməsini tapşırıb. Bu addım amerikalıların Kiyevdə həyata keçirəcəyi danışıqlara hazırlıq və onların icrası ilə əlaqədardır", - deyə o qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, bir müddət öncə Ukrayna mətbuatı sentyabrın 5-i gecə saatlarından sentyabrın 8-nə qədər Ukrayna Silahlı Qüvvələrində atəşkəs rejiminin tətbiq edildiyi barədə məlumat yaymışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!