Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs   HƏBS EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs HƏBS EDİLDİ

Kriminal

05 Sentyabr 2026 22:26 56


Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel" turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib.

O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib. Marqarita pizza

Qeyd olunub ki, O.Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb. O.Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!