Vuçiç Serbiyanın baş naziri olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Vuçiç Serbiyanın baş naziri olacaq?

Dünya

05 Sentyabr 2026 19:59 54


Serbiyada hakim Serb Tərəqqi Partiyasının (STP) rəhbərliyi ölkənin hazırkı Prezidenti Aleksandar Vuçiçi qarşıdakı parlament seçkisində baş nazir vəzifəsinə namizəd seçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

"Bu gün sizdən aldığım bu etimad mənim üçün böyük şərəfdir. Görək xalq nə deyəcək", - Aleksandar Vuçiç səsvermədən sonra bildirib. Pepperoni pizza

Partiyanın toplantısı sentyabrın 5-də Serbiyanın cənubundakı Niş şəhərində keçirilib. Toplantıda STP lideri Miloş Vuçeviç, Serbiya parlamentinin spikeri Ana Brnabiç və Vuçiçin özü iştirak edib.

Serbiyada parlamentə seçkisinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır. Yaxın vaxtlarda parlament buraxılacaq və bundan sonra səsvermənin rəsmi tarixi təyin ediləcək.

Prezidentlik müddəti 2027-ci ildə başa çatacaq Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!