Ötən gün Naxçıvanın Şahbuz rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
"Yeni Sabah"ın məlumatına görə, qəzada həyatını itirənlər 51 yaşlı Nazim Abdullayev, qızı 9 yaşlı Firuzə Abdullayeva və 20 yaşlı Pərvin Şıxəliyevdir.
Qeyd edək ki, hadisə Şahbuz rayonunun Gömür kəndi ərazisində qeydə alınıb. Dağlıq ərazidə hərəkətdə olan 68-BE-050 dövlət nömrə nişanlı "Toyata Prado" markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu həyatını itirib. pizza
Qəza nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.
Xəsarət alan və ölənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Unikal.org-a istinadən həlak olanların fotolarını təqdim edirik.
Telegram kanalımız