İranın 7 PUA istehsalçısına sanksiya tərbiq olundu

İranın 7 PUA istehsalçısına sanksiya tərbiq olundu

Dünya

01 Fevral 2023 09:58 426


ABŞ Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində istifadə etdiyi PUA-ların istehsalına görə 7 İran şirkətini sanksiyalar siyahısına əlavə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.

Siyahıya aşağıdakı İran şirkətləri əlavə edilib: "Təyyarə Mühərrikinin Dizaynı və İstehsalı", İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəmin Cihad Təşkilatı, "Oje Pərvaz Mado Nafar" şirkəti, "Parawar Pars" şirkəti, "Qods" Aviasiya Sənayesi" və "Şahed Aviasiya Sənayesi".

Ticarət Departamentinin hesabatında qeyd olunur ki, İran PUA-ları Ukraynada istifadə üçün Rusiyaya verilir və bu, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət maraqlarına ziddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!