İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədəki vəziyyətlə bağlı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, Rza Pəhləvi İran İslam Respublikasının son 47 ilin ən zəif dövrünü yaşadığını iddia edib. O bildirib ki, rejim legitimlik baxımından böyük itkilərlə üzləşib və əvvəlki gücünü itirib.
“Rejim 47 ildə heç vaxt olmadığı qədər zəif vəziyyətdədir. Sahib ola biləcəyi bütün mümkün legitimliyi tamamilə itirdiyini deməyə belə ehtiyac yoxdur”, - deyə Pəhləvi bildirib. O, çıxışında İranda hakimiyyət dəyişikliyinin yaxın olduğunu da iddia edib. pizza mizza
“Düşünürəm ki, rejim dəyişikliyinə çox yaxınlaşmışıq. İran xalqı demək olar ki, qisas almağa hazır vəziyyətdədir”, - deyə Rza Pəhləvi qeyd edib.
Qeyd edək ki, Rza Pəhləvi daha əvvəl İranın Avropa üçün təhlükə yaratdığını bildirib və ölkələrdən müdaxilə etmələrini istəyib. O, açıqlamalarından birində şəriət qanunlarının təkcə İran və ya Suriyada deyil, Avropanın küçələrində də tətbiq olunmağa çalışıldığını iddia edib.
Xatırladaq ki, bir neçə ay əvvəl Berlində keçirilən mətbuat konfransından sonra Rza Pəhləvinin avtomobilinə boya ilə hücum edilib. Hadisə zamanı etirazçı saxlanılıb, Pəhləvi isə mühafizəçilərin köməyi ilə ərazidən uzaqlaşdırılıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız