İranlı general Əfqanıstana xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İranlı general Əfqanıstana xəbərdarlıq etdi

Dünya

28 May 2023 16:07 917


İran ordusunun komandanı, briqada generalı Kəyumərs Heydəri qonşu dövlətlərin beynəlxalq qaydaları pozmasına İranın cavab verəcəyi barədə xəbərdarlıq edib.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, general Heydəri və İran polisi komandirinin müavini general Qasım Rezayi ölkənin cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinə səfər ediblər.

"İranın Əfqanıstanla sərhədləri tamamilə ordunun quru qoşunlarının və sərhədçilərin nəzarəti altındadır və sərhəd zonasında təhlükəsizlik tam şəkildə qurulub", - deyə K. Heydəri vurğulayıb. Pepperoni pizza

"İran sərhədçiləri və quru qoşunları beynəlxalq normalara və mehriban qonşuluğa uyğun hərəkət edir. Qarşı tərəf qaydalara əməl etmədiyi təqdirdə qonşu dövlətlər İranın cavabı ilə üzləşəcəklər", - deyə general əlavə edib.

General Rezayi, həmçinin qeyd edib ki, İran və Əfqanıstan sərhədləri bir neçə dəfə "Əfqanıstan hökmdarlarının səhvlərinin şahidi olub".

Onun sözlərinə görə, mayın 27-də İran-Əfqanıstan sərhəd zolağında atışma olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!