Ermənistan Dağlıq Qarabağa 10,1 milyon dollar məbləğində maliyyə yardımı göndərəcək.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan bildirib.
"Ermənistan Dağlıq Qarabağa əlavə 4 milyard dram (10,1 milyon dollar) verəcək. Dağlıq Qarabağ əhalisinə humanitar, sosial və psixoloji yardımın göstərilməsi mütləq zərurətdir", - deyə Paşinyan hökumətin iclasında deyib. Sezar pizza
Onun sözlərinə görə, Qarabağda humanitar vəziyyət regionu Ermənistanla birləşdirən Laçın dəhlizinin Azərbaycan tərəfinin bağlanması nəticəsində ağırlaşır: "Əsas məhsulların qıtlığı getdikcə aktuallaşır. Cəmiyyət gərgin sosial-psixoloji vəziyyətdədir".
Baş nazir ildirib ki, Ermənistan hökumətində Qarabağa yardım göstərmək üçün, o cümlədən beynəlxalq təşkilatların yardımı ilə işçi qrupu yaradılıb.
Telegram kanalımız