16 Avqust - 05:16
“İşim-gücüm qurtarıb o verilişlərə çıxım?!”   - “Bunlarda mədəniyyət, tərbiyə yoxdur”

“İşim-gücüm qurtarıb o verilişlərə çıxım?!”  - “Bunlarda mədəniyyət, tərbiyə yoxdur”

Şou

24 İyun 2022 15:17 1470


“Televiziyalarımıza baxmağa elə vaxtım yoxdur. Özümün işim-gücüm, dərdim-sərim var. Məni o verilişlərə çağırmırlar desəm, yalan olar. Mənim işim-gücüm qurtarıb o verilişlərə çıxım?! Konsertlər hazırlayıram, Azərbaycan mədəniyyətiylə məşğulam. Mənim vaxtım yoxdur kiməsə ağıl verəm. O insanlara ağıl verməyə ehtiyac yoxdur, ağlı olsa, o verilişlərə gələr?” 

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva efirlərimizi zəbt edən ailə-məişət mövzusundan bəhs edən və şouya çevrilən verilişlər haqda danışarkən deyib. Muğam ifaçısı bu verilişlərin qadınlarımızı gözdən saldığını bildirib:

“O insanlarda ağıl, tərbiyə, mədəniyyət olsa, efirə gəlməzlər. Efirə çıxan adamın ağır xəstəsi ola bilər. Biz insanıq, bir-birimizə dəstək üçün yaranmışıq. Amma yox, ərim məni boşadı, uşağıma baxmadı. İnanın ki, bu insanlarda tərbiyə olsa, efirə gəlib o hərəkətləri etməzlər. Mən bunu görmədən, bilmədən deyirəm. Bir dünya qazilərimiz, xəstələrimiz, şəhid ailələrimiz var. Yəni bizim dövlət və fərd olaraq məşğul olacaq çox işlərimiz var. Bu insanları efirə çıxarmağın özü reytinqə hesablanıb. Azərbaycan qadının qədrini bilən insanlar bunu açıb-ağartmaz, xalqa göstərməz. Kişi az da, çox da qazanar. Bunlar hamısı boş-boş şeylərdir. O verilişlərin işi xəstələrə xidmət etməkdən ibarət olmalıdır. 

Yoxsa, evindən qaçıb Bakıya gəlib, efirə çıxıb kef edəcəklər. Bunlarda mədəniyyət, tərbiyə yoxdur. Uşağı istehsal edib buraxmaqla deyil, keyfiyyət və kəmiyyət var. Bir çox sahələrdə keyfiyyət yoxdur. Hər şeyi yalan üzərində qurublar. 

Allah deyib oturmuşuq. Azı az, çoxu çox tapacağıq. Azı az geyinəcəyik, çoxu çox geyinəcəyik. Bunlar cəmiyətdə hallanacaq məsələlər deyil. Bir tikə çörəyimiz var. O şor-çörəkdən biz də yemişik, imkansızlıqdan biz də görmüşük. Kiminsə o imkansızlığımızdan xəbəri olub? İnsanın bir qanacağı, qabiliyyəti olar. Onları efirə çıxardandadır günah. Deyək ki, o adamların savadı, elmi yoxdur, sənin ki, savadın var, niyə onu efirə çıxarırsan?”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!