İsmayıllıda 25 yaşlı 3 uşaq atası intihar etdi
02 İyl 2020 23:22
269

İsmayıllıda 25 yaşlı 3 uşaq atası intihar etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində  qeydə alınıb.

Belə ki, rayon sakini 25 yaşlı İsmayılov Elşad Səfəralı oğlu yaşadığı evin həyətində özünü asıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Elşad İsmayılov ailəlidir, 3 azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər