İsmayıllıda bəzi sürücülər barəsində tədbir görüldü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda bəzi sürücülər barəsində tədbir görüldü - Fotolar

Sosial

11 Fevral 2024 21:25 511


İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıblar.

Bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!