İsrail prezidenti Yitzhak Hersoq ölkədəki etirazlar fonunda hökuməti məhkəmə islahatlarının qəbulunu dərhal dayandırmağa çağırıb.
Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, o qeyd edib:
“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”. pizza hut
Martın 26-da müdafiə naziri Yoav Qalantı işdən çıxardıqdan sonra minlərlə israilli Baş nazir Benyamin Netanyahunun Qüds iqamətgahı yaxınlığındakı polis nəzarət-buraxılış məntəqəsini dağıdaraq keçib.
Xatırladaq ki, bundan bir gün əvvəl Qalant televiziya ilə xalqa müraciətində təhlükəsizliyi əsas gətirərək məhkəmə islahatlarını dayandırmağa çağırıb.
Telegram kanalımız