İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurdu

saytların hazırlanması

Evə çatdırılma

İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurdu

Dünya

22 Mart 2023 17:14 601


İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub. 

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib. 

MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub.  Marqarita pizza

Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!