18 Avqust - 04:37
İsraildə səfərbərlik elan edildi

İsraildə səfərbərlik elan edildi

Dünya

06 Avqust 2022 15:24 766


Qəzza zolağında vəziyyətin pisləşməsi ilə əlaqədar İsrailin müdafiə naziri Benni Qantz 25 min ehtiyatda olan hərbçinin səfərbər edilməsi haqqında sərəncam layihəsini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb .

Qantz qeyd edib ki, İsrail Müdafiə Qüvvələri ölkənin şimalı və mərkəzi daxil olmaqla bütün cəbhələrdə bütün ssenarilərə hazırlaşır.

"Biz heç kimin İsrail vətəndaşlarını təhdid etməsinə və ya onlara zərər vurmasına icazə verməyəcəyik. Kim cəhd etsə, zərər çəkəcək. Biz münaqişə axtarmırıq, lakin lazım gələrsə, vətəndaşlarımızı qorumaqdan da çəkinməyəcəyik", - nazir bildirib.

Ehtiyatda olanlar Cənub Komandanlığına, hava hücumundan müdafiə bölmələrinə, arxa cəbhə komandanlığı və döyüş bölmələrinə səfərbər olunacaq.

Xatırladaq ki, 2022-ci il avqustun 5-də İsrail ordusu Qəzza zolağında “İslami Cihad” terror təşkilatına qarşı hərbi əməliyyata başlayıb. HƏMAS mövqelərinə bir neçə zərbə endirilib.

Elə həmin gün də Qəzza zolağına endirilən zərbələrə cavab olaraq “İslami Cihad” qruplaşması tərəfində İsrail ərazisinə 50-yə yaxın raket atılıb. 

Qeyd edək ki, münaqişədən əvvəl “İslami Cihad”ın lideri Bassam əl-Sədi həbs edilib. 

Fələstinlilər bu həbsə görə İsraili oxşar hücumlarla hədələyiblər. Əməliyyatın başlamasına bir neçə saat qalmış müdafiə naziri Benni Qantz Fələstinin “İslam Cihadı”na müraciət edərək, terrorçuların İsrailə qarşı növbəti hücum planlarından əl çəkmədikləri təqdirdə ordunun hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qəzzaya endirilən zərbələr zamanı Fələstinin “İslami Cihad” qruplaşmasının yüksək rütbəli komandiri məhv edilib. Bunu yaraqlı qrupun rəsmi nümayəndəsi də təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!