Fransa polisi geniş yayılmış iğtişaşlar zamanı 1200 nəfəri saxlayıb.
"Yeni Sabah" Le Figaro-ya istinadla xəbər verir ki, nümayişçilərlə toqquşmalar zamanı 150 polis və jandarm yaralanıb.
Parisdə və Fransanın digər böyük şəhərlərində yaşayış xərclərinin artmasına qarşı etirazlar keçirilib. Bir çox hallarda nümayişlər zorakılığa çevrilib. pizza mizza
Xuliqanlar çoxsaylı mağazaları talan edib, avtomobilləri və binaları yandırıblar. Tarixi şəhər mərkəzlərinə ciddi ziyan dəyib. Məsələn, Limojda baş verən yanğında bələdiyyə binasına ciddi ziyan dəyib. Yanğın o qədər şiddətli olub ki, yanğınsöndürmə işləri bütün gecə davam edib.
Telegram kanalımız