Şahruddin: “Qurban Qurbanova hörmət etmək lazımdır”

saytların hazırlanması

Evə çatdırılma

Şahruddin: “Qurban Qurbanova hörmət etmək lazımdır”

İdman

18 Oktyabr 2026 12:15 93


“Neftçi” hazırda ən yaxşı formadadır. Çempionatda ən çox qol vuran komanda məhz onlardırlar. Ötən tur “Sabah”a qarşı da yaxşı çıxış etmişdilər. Yekunda matçı 1 xalla başa vurduq. İnanıram ki, hər şey yaxşı olacaq”. 

"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirilən oyun (3:3) barədə danışarkən deyib. 

O, 1:3-dən sonra ruhdan düşmədiklərini bilirdib: “Matçın gedişində 2 top fərqi ilə geridə olsaq da,  nəticəni dəyişə biləcəyimizə inanırdım. Çünki komandamızın heyətində yaxşı futbolçular var. Buna görə düşünürdüm ki, şansımız olacaq”. pizza sifarişi

Təcrübəli qolkiper legioner limitinin ləğvindən sonra Azərbaycan çempionatının fərqli keçdiyini vurğulayıb: “İndi 11 legionerlə meydana çıxmaq mümkündür. Dünyanın bir çox ölkəsində belə qayda var. Digər tərəfdən “Neftçi”də görün nə qədər legioner var. Amma ən çox yerli də məhz orada çıxış edir. Emil Balayev, Rüfət Abbasov, Elvin Bədəlov, Emil Səfərov...”

Məhəmmədəliyev uzun müddətdən sonra meydana çıxmasına belə münasibət bildirib: “Psixoloji cəhətdən hazır idim. Bir qədər oyun praktikasının azlığı çətinlik yaradır. Qapıçılar üçün oynamaq vacibdir. Buraxdığım qollara da baxdım... Bir az yaxşı oynamaq olardı. Meydana çıxdıqca, daha yaxşı formada olacağam”. 

“Matçın sonlarına yaxın “Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması siz futbolçulara necə təsir edir” sualını “Qarabağ”ın qapıçısı belə cavablandırıb: “Bu, mənim xoşuma gəlmir. Qurban Qurbanov hər zamam Azərbaycanı layiqincə təmsil edib. Ona hörmət etmək lazımdır. Başa düşürəm, fanatdırlar. Nə etmək olar? Əgər xarici məşqçi olsa, tamam, danışın. Amma Qurban Qurbanov “Neftçi” üçün də yad deyil. Vaxtı ilə orada oynayıb”. 

Şahruddin növbəti turda qarşılaşacaqları “Sabah”la matçdan da söz açıb: “Hazırlaşmaq, vuruşmaq lazımdır. “Sabah” yaxşı komandadır. Çempionlar Liqasında oynayırlar. Maraqlı matç olacaq. Həftəarası “Borussiya” ilə oyunlarınının olması bizim üçün hər hansı üstünlük deyil. Çünki bizə qarşı həmin görüşdən 5 gün sonra oynayacaqlar. Heyətləri də genişdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!