Dövriyyəsi müəyyən edilmiş həddi keçən ictimai iaşə obyektləri 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejiminə keçmək hüququndan istifadə edə bilər.
Yeni Sabah xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələ ilə bağlı açıqlamasında 2026-cı il yanvarın 1-dən qüvvəyə minən dəyişiklikləri izah edib.
Bildirilib ki, Vergi Məcəlləsinə əlavə edilmiş 218.1-1-ci maddəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə xidmət göstərilməsi üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq olunur. pizza
Dövlət Vergi Xidmətinin izahına görə, bu qayda 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara şamil edilir. Həmin tarixədək formalaşan dövriyyə isə POS-terminal vasitəsilə əldə olunsa belə, ƏDV qeydiyyatı məqsədləri üçün tam həcmdə nəzərə alınır.
Məsələn, Sumqayıt şəhərində restoran fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 ay ərzində ümumi dövriyyəsi 190 min manat, bunun 150 min manatı POS-terminal vasitəsilə aparılan ödənişlərdən formalaşıb. Lakin bu dövriyyənin hansı hissəsinin 2026-cı il yanvarın 1-dən sonra yarandığı nəzərə alınmadan, yalnız ümumi məbləğə əsasən vergi rejimini müəyyənləşdirmək düzgün deyil.
Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olduqda, o, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edə bilər.
Bunun üçün vergi ödəyicisi dövriyyə həddinin aşıldığı aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində vergi orqanına yazılı ərizə təqdim etməlidir.
Beləliklə, 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejiminin tətbiqinin nə vaxt başa çatacağını müəyyənləşdirmək üçün dövriyyənin 200 min manatlıq həddi keçib-keçmədiyi və POS-terminal vasitəsilə əldə olunan gəlirlərin hansı dövrə aid olduğu dəqiqləşdirilməlidir.
Aytac Əliyeva
Telegram kanalımız