İstifadəyə yararsız 120 kq ət aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

İstifadəyə yararsız 120 kq ət aşkar edildi

Sosial

17 İyun 2019 14:19 926


Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!