Türkiyə hökuməti İsveçin müdafiə naziri Paul Yonssonun yanvarın 27-də Ankaraya planlaşdırılan səfərini ləğv edib.
Yenisabah.az "Habertürk"ə istinadla xəbər verir ki, buna səbəb Stokholmda Türkiyə əleyhinə nümayişlərin keçirilməsidir.
Səfərin ləğvi barədə müdafiə naziri Hulusi Akar Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasında Qərb dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Marqarita pizza
“Təəssüf hissi ilə müşahidə edirik ki, bu çirkin əməllər nəticəsində prezidentimizə və Türkiyəyə qarşı heç bir tədbir görülməyib. Ona görə də hazırda İsveçin müdafiə naziri Yonssonun yanvarın 27-də Türkiyəyə səfərinin əhəmiyyəti və mənası artıq əhəmiyyət kəsb etmir. Bu səbəbdən səfəri ləğv etdik”, - deyə o vurğulayıb.
Telegram kanalımız