İtaliya səfiri İran XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İtaliya səfiri İran XİN-ə çağırıldı

Dünya

29 Dekabr 2022 23:57 611


İtaliyanın İrandakı səfiri Cüzeppe Perrone İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın “Əl-Alam” telekanalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb İranda davam edən etirazlar fonunda İtaliya rəsmilərinin bu ölkənin hakimiyyətinə qarşı bəyanatlarıdır. Sezar pizza

Xatırladaq ki, ötən gün İranın İtaliyadakı səfiri Məhəmmədrza Saburi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri İtaliyanın xarici işlər naziri Antonio Tayani qəbul edib. İtaliyalı nazir İran hakimiyyətinin qadınların keçirdiyi aksiyalara sərt müdaxiləsinin qəbuledilməz olduğunu M.Saburinin diqqətinə çatdırıb.

Daha əvvəl A.Tayani rəsmi Romanın İranda qadınların keçirdiyi aksiyaları qəti şəkildə dəstəklədiyini bildirmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!