Kafedə dava düşdü - Ərlə arvad bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kafedə dava düşdü - Ərlə arvad bıçaqlandı

Kriminal

30 May 2023 09:42 1078


Bakıda kafedə dava düşüb, ər-arvad və gənc oğlan bıçaqlanıb. 

Yenisabah.az xəbər verir ki, hadisə mayın 28-də Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 1-də yerləşən adsız kafedə qeydə alınıb.

Belə ki, kafedə müştəri qismində olan Ağacabədi rayon sakini, 1998-ci il təvəllüdlü Quliyev Elxan Elşən oğlu aralarında baş vermiş mübahisə zamanı digər masada əyləşən Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Səfərov Səməndər Zəxara oğluna, həyat yoldaşı, Q.Səfərovana və S.Səfərovun bacısı oğlu, 2003-cü il təvəllüdlü Məmmədli İlkin Elşən oğluna bıçaq xəsarətləri yetirib. Dominos pizza

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, E.Quliyev şübhəli şəxs qismində saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!