Kağız sənədlərlə vidalaşın: Mühüm dəyişiklik təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Kağız sənədlərlə vidalaşın: Mühüm dəyişiklik təsdiqləndi

Sosial

14 İyul 2026 11:41 95


Parlament İcbari tibbi sığorta şəhadətnaməsinin elektron formada müvafiq elektron informasiya sistemində yaradılmasını son oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb. Marqarita pizza

Layihəyə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!