Tanınmış idmançı Kamil Zeynallı mərhum Ada Süleymanla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, eks-aparıcının verilişində qonaq olduğu zaman çəkilən kadrarxası görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.
Kadrlarda Kamil Zeynallı ilə Ada Süleymanın veriliş başlamazdan əvvəl etdiyi söhbətlər yer alıb. İdmançı paylaşımına “Allah rəhmət eləsin, Ada Süleyman” sözlərini əlavə edib. Bakıda online alış-veriş
Xatırlatma: ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman noyabrın 23-də qəzada həyatını itirib. O, dostları ilə doğum günü məclisindən qayıdırmış. Ada Süleyman uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız