İranda müğənniyə ŞOK CƏZA: Hicabsız oxuduğu üçün...

saytların hazırlanması

Evə çatdırılma

İranda müğənniyə ŞOK CƏZA: Hicabsız oxuduğu üçün...

Hadisə

24 Noyabr 2026 08:59 316


İran hakimiyyəti məşhur müğənni Pərəstu Əhmədiyə, eləcə də onun musiqi qrupunun və çəkiliş heyətinin dörd üzvünə qamçı cəzası verib.  Onların hər birinə 74 qamçı zərbəsi vurulub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Vəkillərin bildirdiyinə görə, cəzanın icrası 2024-cü ildə müğənninin "YouTube" kanalında canlı yayımlanan və hakimiyyətin diqqətini çəkən konsertin keçirildiyi Qum şəhərində baş tutub. ShopByBro

Həmin vaxt 29 yaşlı Əhmədi çiyinləri açıq libasda və başıaçıq şəkildə səhnəyə çıxıb. İran qanunları qadınların ictimai yerlərdə mahnı oxumasını qadağan edir, onların hicab taxmasını və qapalı geyinməsini məcburi sayır.

Bu ilin iyun ayında Qum şəhər cinayət məhkəməsi Əhmədini və daha səkkiz nəfəri "əxlaqsız və nalayiq materiallar" yaymaqla "ictimai əxlaqı təhqir etməkdə" təqsirli bilib. Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etməyiblər.

BBC-nin məlumatına görə, qamçılanma qapalı şəraitdə həyata keçirilib. Məhkumların vəkillərindən birinin sözlərinə əsasən, cəza Qum şəhərindəki Cinayət Cəzalarının İcrası İdarəsinin üçüncü şöbəsində icra olunub.

74 qamçı zərbəsi ilə yanaşı, məhkumlara iki il müddətinə video və audio materiallar lentə almaq, həmçinin İran ərazisini tərk etmək qadağan edilib.

Sentyabrın sonunda Qum apellyasiya məhkəməsi təqsirləndirilən şəxslərin şikayətlərini rədd edərək çıxarılan hökmü qüvvədə saxlayıb.

"Hökmün ləğvinə və ya heç olmasa cəzanın yüngülləşdirilməsinə, yaxud icrasının təxirə salınmasına nail olmaq üçün əlimizdən gələni etdik, lakin heç bir nəticə olmadı. Müvafiq bölmənin əməkdaşları cəzanın dərhal icra edilməsində israr etdilər", - deyə vəkillərdən biri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!