Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisi üçün 140 milyon dollar

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisi üçün 140 milyon dollar

İqtisadiyyat

24 Noyabr 2026 08:59 58


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.

Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir. İnternetdən sifariş

Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.

Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.

Layihə ADB-nin Azərbaycanla 2025–2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və "təmiz infrastruktur"un yaradılması yer alır.

Daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib.

Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı qismində İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinin icrasına başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!