Bu ölkədə zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə zəlzələ oldu

Dünya

24 Noyabr 2026 08:54 47


Nepalın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Hindistanın şərqində də hiss olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Nepalın şərqində, Himalay dağlarında, 10 kilometr dərinlikdə yerləşib. Bakıda online alış-veriş

Təkanlar Hindistanın Qərbi Benqal ştatının şimalında hiss olunub. Yerli sakinlər arasında təşviş yaranıb, bəzi ərazilərdə insanlar evlərini tərk ediblər.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!