Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 13-ə çatdı - Yenilənib
11 May 2021 12:36
1039

Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 13-ə çatdı - Yenilənib

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

Yenisabah.az “REN TV”nin teleqram kanalına istinadən xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

***

Rusiyanın Kazan şəhərində orta məktəbdə atışma baş verib.

Yenisabah.az “Tatar-inform”a istinadla xəbər verir ki, 175 nömrəli məktəbin binasında iki naməlum şəxs atəş açıb.

Atışma zamanı onlardan birinin öldüyü və digərinin yaralandığı məlumdur.

20-dən çox təcili yardım maşını təhsil müəssisəsinin önündə toplaşıb. Xüsusi təyinatlı polis (OMON) artıq hadisə yerindədir.

Atəş açan şəxsin tutulduğu deyilir. Faciənin səbəbləri araşdırılır.

Ölən və yaralananların sayı barədə məlumat yoxdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər