Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - TƏFƏRRÜAT

Kriminal

20 İyun 2026 11:38 238


Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Yeni Sabah” Oxu.Az-a istinadla bildirir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Ə.Əhmədov bir müddət əvvəl həyat yoldaşından boşansa da, onunla eyni kənddə yaşayıb. Məlumata görə, o, keçmiş həyat yoldaşından həmkəndlisi Kamran Məhərrəmovla münasibətindən şübhələndiyi üçün ayrılıb. Ələsgər bir neçə dəfə Kamranla bu barədə mübahisə də edib. İyunun 19-da səhər saatlarında Ələsgər Kamranla yenidən mübahisə edib. Mübahisə nəticəsində o, Kamranı bıçaqlayıb. K.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!